Əfqan Sadıqov Gürcüstanda saxlanıldı, Azərbaycana deportasiya olundu

Əfqan Sadıqov Gürcüstanda saxlanıldı, Azərbaycana deportasiya olundu
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə polis əməkdaşını təhqir etdiyinə görə Azərbaycan vətəndaşı Əfqan Sadıqova qarşı İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırdığını bəyan edib.
 Oxu.Az 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in bəyanatında deyilir.
 DİN-in məlumatına görə, Əfqan Sadıqov aprelin 4-də Tbilisi Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə çatdırılması və işinə vaxtında baxılması məqsədilə saxlanılıb.
 "İctimaiyyətə xatırlatmaq istərdik ki, Əfqan Sadıqov müxtəlif növ inzibati xətalara, o cümlədən toplaşmaq və nümayiş qaydalarının pozulmasına görə 62 dəfə məsuliyyətə cəlb edilib və buna görə artıq iki dəfə inzibati həbs cəzası çəkib, - deyə DİN-in bəyanatında bildirilir.
 Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.