Hərbi bazaya hücumda 15 amerikalı əsgər yaralandı
07-apr, 08:27 4 Dünya
“Küveytdəki hərbi bazaya hücum zamanı 15 amerikalı əsgər yaralanıb”.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “CBS News” telekanalına danışan iki ABŞ rəsmisi açıqlama verib.
Bildirilib ki, Küveytdə yerləşən Əli əs-Səlim hava bazasına gecə saatlarında İran istehsalı PUA ilə hücum edilib.
Rəsmilərin sözlərinə görə, hücum nəticəsində 15 ABŞ əsgəri müxtəlif dərəcəli xəsarətlər alıb.
Onların bir qisminin tibbi yardım göstərildikdən sonra yenidən xidmətə qayıtdığı qeyd olunub.





