Ağ Evdən ilk - Açıqlama

ag-evden-ilk
“Bu, ABŞ üçün bir qələbədir. Bunu Prezident Tramp və bizim möhtəşəm hərbi qüvvələrimiz həyata keçirdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında yazıb.
“Epik qəzəb” əməliyyatının başlanğıcında Prezident Tramp bu əməliyyatın 4-6 həftə davam edəcəyini proqnozlaşdırmışdı. Lakin döyüşçülərimizin möhtəşəm bacarıqları sayəsində əsas hərbi məqsədlərimizi 38 gündə əldə etmiş və hətta onları aşmışıq”, - o qeyd edib.
Livitt bildirib ki, daha ətraflı məlumatı sabah səhər saatlarında müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn təqdim edəcək:
“Hərbi uğurumuz maksimum təsir gücü yaratdı, bu da Prezident Tramp və komandaya çətin danışıqlara girməyə imkan verdi, nəticədə diplomatik həll və uzunmüddətli sülh üçün yol açıldı.
Əlavə olaraq, Prezident Tramp Hörmüz boğazını yenidən açdırdı”, - Ağ Ev rəsmisi vurğulayıb.