Bu gün Yeni Azərbaycan Partiyası-nın Səbail Rayon Təşkilatının təşkilatçılığı ilə akademik-oftalmoloq Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Bu gün Yeni Azərbaycan Partiyası-nın Səbail Rayon Təşkilatının təşkilatçılığı ilə akademik-oftalmoloq Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə YAP-ın Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev tərəfindən ARHD.Media İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti və müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilmişdir.
Tədbir çərçivəsində çıxış edən Muxtar Nağıyev Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin vacibliyini vurğulamış, həmçinin akademik Zərifə Əliyevanın Azərbaycan cəmiyyətində oynadığı mühüm rol və zəngin elmi irsi haqqında ətraflı məlumat vermişdir.
Nitqinin sonunda Muxtar Nağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin ölkənin milli maraqlarının təmin olunmasına xidmət etdiyini diqqətə çatdırmışdır.
ARHD.MEDIA