BİR XATİRƏ QALDI
15-may, 14:47 236 Gündəm / CəmiyyətGETDİM, GETDİM... VƏ...
“Həkim savadlı ola bilər, amma hamının sevimlisi yüzdə doxsan əhali məni sevir, pasientlərim məni sevir, yəni bu hər adama qismət deyil. Hamı çıxıb gedəcək bu dünyadan, ölümlü dünyadı. Əgər xoş hislər qoyub gedəcəyəmsə bu dünyadan, nə mutlu, nə xoş mənə”...
Bəli, bu belədi, mən dialoqumu Səninlə aparmaq istəyirəm, beləcə, heç nə olmamış, kimi Sən və Mən. Gəl danışaq, söhbət edək, bölüşək həmişəki kimi, deyək, gülək, zarafatlaşaq. Səni sevənlərə, hətta istedad və bacarığınızı görərək qısqanclıqla yanaşanlara yenə də özünə xas zarafatlarla “qoy belə olsun, bu lap gözəldi. Belə olanda daha çox motivassiya alıram. Deməli mövcudam, yaşayıram, varam”. Bəli, doktorumuz, bu səndə çox təbii, çox gösəl alınırdı. Mənim duyğulu, sevimli vətəndaşım. Sən bu dünyaya şəfqət, sevgi, şəfa paylamaq üçün gəlmişdin. Bu dünyanın əziz, gilami qonaqlarından biri oldun. O qonaqlar ki, Allah bu dünyada onların həyatının davamına narahatlıqla yanaşır. Onlar təmiz, dub-duru dağ çayları kimidi. Qəlbləri ilə yaşayanlardı. Allah da onların – qəlb əkizlərinin dərgahındakı yerini özü seçir. Kimi üçün tez, kimi üçün gec. Sənin bu dünyadakı yolun qırx bir il çəkdi. Tanrım üçün zaman ölçüsü mövcud deyil. Biz Allahdan inciyə bilmərik, bizim sevimli doktorumuz. Bu dünyadakı vaxtın sona çatdı, Tanrım o dünyanı verdi. O dünyan mübarək! Türkan doktorumuz!
Hürü Hacızadə
Yazıçı-publisist
Fərid Faiqoğlu
AJB-nin üzvü