İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
25-apr, 12:13 3 Kriminal
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, aprelin 23-ü saat 13 radələrində Kürdəxanı qəsəbəsində paytaxt sakini 1962-ci il təvəllüdlü Kazım Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılıb. O aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.





