SÜDEYF İMAMVERDIYEV – 85
02-iyl, 11:43 262 GündəmDövlətçilik dəyərləri, milli kimlik qayəsi, türkçüluk məslək-məfkurəsi, agsaqqal düşüncəsi, gənclik şövq-təpəri, Turan sevdası işığında yola çıxmış Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, tibb elmləri doktoru, professor, bütün mükafat və təltiflərinin fövqündə olan, bir üzü tunc, bir üzü ipək dünyanın təbəddülatlarından şərəflə keçib gələn, urvatlı, örnək olan bir həyat yolu adlamış, ziyalı kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş müdrik ağsaqqal Südeyf Bəşir oğlu İmamverdiyevi dünyaya ğöz açdığı gün, ömür təqviminin 85 illiyi mübasibətilə təbrik edir və özəl günün ovqatıyla süslənmiş, rəğbətdən hörülmüş poetik çalarlı söz çələngimi dəyərli Yubilyara ehtiramla ünvanlayıram.
“Əziz” sözü əzbər olub dilində,
Adın-sanın əzizlənir elində,
İdrak-zəkan işıq saçır elmində,
Əzəlindən üzü nurlu ağsaqqal!
Müəllimsən, həm alimsən, həkimsən,
El adamı - könüllərə hakimsən,
Sevilənsən, seçilənsən - hər kimsən!
Əməliylə sözü dürlü ağsaqqal!
Ömrün varsa bahar- payız cilvəsi,
Nədən olsun axı yaşın zirvəsi...
Səksən beşdə piranilik həvəsi,
Hər fəsildə özü barlı ağsaqqal!
✍️Tapdıq ƏLİBƏYLİ
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü
“Əziz” sözü əzbər olub dilində,
Adın-sanın əzizlənir elində,
İdrak-zəkan işıq saçır elmində,
Əzəlindən üzü nurlu ağsaqqal!
Müəllimsən, həm alimsən, həkimsən,
El adamı - könüllərə hakimsən,
Sevilənsən, seçilənsən - hər kimsən!
Əməliylə sözü dürlü ağsaqqal!
Ömrün varsa bahar- payız cilvəsi,
Nədən olsun axı yaşın zirvəsi...
Səksən beşdə piranilik həvəsi,
Hər fəsildə özü barlı ağsaqqal!
✍️Tapdıq ƏLİBƏYLİ
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü