KOMA VƏZİYYƏTİNƏ VƏ RUHSAL XƏSTƏLİKLƏRƏ SON...


Keçirilən qəzalar nəticəsində aldıqları travmalar, müxtəlif xarakterli və ya ruhsal xəstəliklər nəticəsində insanlar komaya düşürlər. Koma zamanı insanın real həyatla təması itir. Xarici aləmə cüzi şəkildə, əksər hallarda isə ümumiyyətlə reaksiya verə bilmir. Bu hal bir neçə həftədən başlayaraq illər uzunu davam edə bilir. Çox zaman tibbi müdaxilələrin aciz qaldığı koma vəziyyətində olanların həyati vacib orqanları xüsusi aparata qoşulu vəziyyətdə qalaraq yaşayırlar.

Ümumiyyətlə, insan bədəni mücrüşəkilli bir toplu olub, mükəmməl şəkildə yaradılmış canlı mexanizmdir. 

Kainatin idarə olunmasında iki enerji - isti və so­yuq enerjinin olduğunu nəzərə alsaq, insan da iki ener­ji ilə idarə olunur. Bu enerjinin birini yedi­yi­­miz qidalarla ala bilirik. Bu enerji qida enerjisi adlanır. 

Digər enerji insanın kainatdan aldığı yaşam enerjisdir. İnsanın vü­cu­dunda 124 enerji qəbuletmə bloku yerləşir. Bu blok­lar 9-11 pozetiv, 26 neqativ enerji idarə­et­mə mərkəzlərindən yaşam enerjisi alır. Yaşam enerjisi, ener­ji mərkəzlərindən asılı olaraq insanın xasiyyət və xü­su­siyyətlərini formalaşdırır. Enerji blokla­rının qəbul etdiyi enerji axınının nizamlamasına gö­rə şüurumuzda və cismimizdə hərəkətlənmə və ya­şam formalaşır. İnsanın qidalandığı pozetiv yaşam enerjisi 0 idarə­etmə mərkəzinə düşərsə depressiya halı baş­layır. Kişilər 0 - (-23), qadınlar 0 - (-26) neqa­tiv enerji idarəetmə mərkəzinə düşərsə ruhsal xəstə­lik­lər yarana bilir.

İnsan 0 enerji idarərtmə mərkəzində qalarsa bu za­man koma halına düşür. 0 enerji idarəertmə mər­kəzi bir növ diafraqma pərdəsi rolunu oyna­yır. 

Müəyyən hadisə zamanı yad enerji axının tə­siri nəticəsində enerji blokları parçalanan in­san­lar, hadisə zamanı aldıqları fiziki və ya psixoloji travmadan asılı olaraq şok vəziy­yət­indən başlayaraq iflic və koma halınadək düşə bi­lir­lər. 

Gözlənilməz real və xəyali hadisə za­ma­nı qəflətən yaranan qorxu hissi in­san bədənində bir sıra xəstəliklərin yaranmasına sə­­bəb olur. Qarşılaşdığı təhlükə zamanı orqa­nizm­­də meydana çıxan qeyri-ixtiyari reaksiyalar in­sa­nın psixoloji, fizioloji pozğunluğu, komaya düş­məsi ilə nəticələnə bilir.

Vücud­unda yerləşən enerji qəbuletmə blok­la­rının zədələnməsi nəticəsində insan 33 növ ruhsal xəs­tə­liyə­ (lunatizm (gecə gəzmələri), şəxsiyyətin ikiləşməsi, hallüsinasiya, şizofreniya və s.) tutula bilər. Ani bir qorxu nəticəsində beyində idarəetmə poz­ğun­­luğu yarandıqda bu xəstəliklər meydana çıxa və genetik xəstəlik kimi nəsil­dən-nəsilə ötürülə bilər.

Qeyd olunan ruhsal xəstəliklər arasında nadir rast gəlinən xəstəliklər­dən biri olan lunatizm bütün yaş­­­la­ra şamil olunsa da, daha çox uş­aq­larda rast gə­li­nir. Bu xəstəlik insanın enerji blokundan enerji­nin geri axması nəticəsində meydana gəlir. Beyində baş verən bu proses hər dəfə yuxu gəzmələrində təkrarla­nır. Bu cür hissiyat kor insanların görmə olma­dan hərəkət etmələri ilə eynidir, yəni lunatiklər göz­ləri ilə deyil kor insanlarda olduğu kimi his­si­­yatları ilə hərəkət edirlər.

Ruhsal xəstəliyin ilkin əlamətlərindən ol­an hallüsinasiya zamanı xəstələr real olmayan hadisələri gerçəklik ki­mi qəbul edirlər.

Şəxsiyyətin ikiləşməsi güclü sarsıntı yaşadıqda, hər hansı qəza za­ma­nı travma aldıqda, sosial şəbəklərdə cəlb edici  (xəstəliklərin sağalması, ruzinin artması və s.) tək­­lif­lərin təqdim olunduğu neqativ kodları oxunduqdan bir müddət sonra insanın daxilində sanki iki şəxs forma­la­şır. Bu xəstəlik ruhsal xəstəliklərin ən ağır formalarından hesab olunur.

Bu gün bir sıra ruhsal xəstəliklərin sağaldılması, onların yaratdığı fəsadların aradan qaldırılması və koma vəziyyətində olan insanların ayılaraq əvvəlki yaşam tərzinə qayıtmaları mümkündür.

Müxtəlif yaş həddində yaranan ruhsal xəstəliklər, onların yaranma səbəbləri və nəticələri haqda ətraflı məlumatlar verən “56 Saniyə” adlı kitabın müəllifi Dəniz Dəmir, xəstələrin komadan ayılması və sağaldılması üslullarının mövcudluğunu real təcrübələr əsasında göstərir. 

Qeyd etmək lazımdır ki, “56 Saniyə” kitabı Azərbaycanda nəşr olunan, real təcrübələr əsasında bir çox xəstəliklərin və komada yatan xəstələrin sağalmasının artıq mümkünlüyünü əsaslı şəkildə vurğulandığı ilk ruhsal araşdırmadır.

Kitabı əldə etmək istəyənlər üçün əlaqə nömrəsi:

099 705-60-56