“Qalatasaray” “Trabzonspor”a məğlub oldu
05-apr, 10:15 10 İdman
Türkiyə Superliqasında XXVIII turun növbəti oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” səfərdə “Trabzonspor”un qonağı olub.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul klubu 64 xalla turnir cədvəlinə başçılıq edir. Qara dəniz təmsilçisi isə 63 xalla ikinci pilləyə yüksəlib.





