Beş güləşçimiz AÇ-də mübarizəyə başlayır - İslam isə finala çıxacaq

bes-gulescimiz-ac-de-mubarizeye-baslayir
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) qitə birinciliyində çıxış edəcək.
İslam Bazarqanov qızıl, Cəbrayıl Hacıyev bürünc medal üçün mübarizə aparacaq.
Rəşid Babazadə isə təsəlliverici görüşə qatılacaq.