“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
19-noy, 13:23 13 Gündəm
“Kiberhücumların idarəçiliyi süni intellektə ötürülməkdədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-leytenant Həsən Mansurov Kiberdiplomatiya üzrə ll Beynəlxalq Konfransda qeyd edib.
“Beynəlxalq hesabatlara görə, artıq elə kiberhücumlar qeydə alınır ki, əməliyyatın böyük hissəsini süni intellekt özü icra edir. Kiberhücum dəqiqələr ərzində baş tutur, diplomatik reaksiya isə həftələr ərzində. Bu fərqi azaltmaq kiberdiplomatiyanın yeni vəzifəsidir.
Reklamınızı SmartBee ilə effektiv edin.
Qlobal proqnozlar kibertəhlükəsizlik arzuları ilə uzlaşmır. Risklər müdafiə imkanlarından daha sürətlə artmaqdadır.
Yeni risklərdən biri də kvant texnologiyalarının imkanları ilə bağlıdır. Bu gün şifrələnmiş məlumatlar toplanır və gələcəkdə yeni nəsil kompüterlər ilə açılmaq üçün saxlanılır. Bu səbəbdən beynəlxalq standartlaşdırma qurumları kvantsonrası kriptoqrafiyaya keçidin indidən başlanmasını tövsiyə edirlər. Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı şəhəri “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” (International Conference on Cyber Diplomacy Azerbaijan 2026: Power and Influence in the Age of AI) adlı yüksəksəviyyəli beynəlxalq tədbirə ev sahibliyi edir.





