“Robotlar insanlardan daha məhsuldar olacaq”
07-noy, 11:13 12 Maraqlı
“Gələcəkdə humanoid (insanabənzər) robotlar insanlardan işləmək baxımından 5 dəfə daha səmərəli ola bilər”. “Qafqazinfo” xəbər verir ki, bunu “SpaceX” şirkətinin təsisçisi İlon Mask amerikalı sahibkar Ron Berona müsahibəsində deyib.
Onun sözlərinə görə, buna səbəb robotların fasiləsiz işləmək qabiliyyətidir: “Əgər sizin inanılmaz dərəcədə səmərəli olan, həftənin 7 günü, günün 24 saatı işləyə bilən humanoid robotunuz varsa, bu o deməkdir ki, o, həftədə 168 saat fəaliyyət göstərir. O, məzuniyyətə çıxmır, tualetə getmir, nahar etmir. Robotun həftəlik məhsuldarlığının orta hesabla insanın məhsuldarlığından beş dəfə çox olacağını gözləmək olar”.





