Oğlunun ölümünə cəmi 24 gün dözə bildi...

oglunun-olumune-cemi-24-gun-doze-bildi
Türkiyəli tanınmış aktyor Alp Balkanın vəfatından sonra ailəsinə daha bir ağır itki üz verib.
“Qafqazinfo”nun məlumatına görə, aktyorun atası Mustafa Balkan oğlunun ölümündən cəmi 24 gün sonra dünyasını dəyişib.
Kədərli xəbəri “Film-San” Fondu yayıb. Fondun açıqlamasında bildirilib ki, may ayında Alp Balkanın vəfatının ardından bu dəfə atası Mustafa Balkan da həyatını itirib: “Aktyor dostumuz Alp Balkanı itirməyimizin üzərindən cəmi 24 gün keçib. Təəssüflə bildiririk ki, atası Mustafa əmini də itirdik. Allah rəhmət eləsin, məkanı cənnət olsun”.
Mustafa Balkan oğlunun dəfn mərasimində yaşadığı dərin kədərlə diqqət çəkmişdi. Əlil arabasında mərasimə qatılan ata Alp Balkanın tabutunun başından ayrılmamış, göz yaşları içində onu son mənzilə yola salmışdı.
Mustafa Balkanın dəfn mərasiminin Bakırköy Yenimahalle məscidində günorta namazından sonra keçiriləcəyi, daha sonra isə Böyükçəkməcə Yeni Qəbiristanlığında torpağa tapşırılacağı bildirilib.
Qeyd edək ki, Alp Balkan Türkiyədə uzun illər yayımlanan “Mahallenin muhtarları” serialında canlandırdığı “Əczaçı Bahadır” obrazı ilə tanınıb. O, həmçinin “Belalı baldız”, “Yusuf yüzlü” və “Davetsiz misafir” kimi layihələrdə rol alıb, musiqiçi kimi də fəaliyyət göstərib.