“Kann”da qadağa - Açıq-saçıq geyinə bilməyəcəklər

78-ci dəfə keçirilən “Kann” Film Festivalına yeni qadağalar tətbiq edilib.
“Qafqazinfo” “People” nəşrinə istinadən xəbər verir ki, bu il festivalda açıq-saçıq geyimlərə, transparan libaslara, zalda narahatlıq yaradan paltarlara icazə verilməyəcək.  
Həmçinin idman ayaqqabısı ilə festival tədbirlərinə qatılmaq qadağan edilib. 
Bu qaydalara əməl etməyən ulduzların qırmızı xalçaya girişi məhdudlaşdırılacaq.