Gürcüstanda mitinq keçirilir - Zurabişvili də iştirak edir

gurcustanda-mitinq-kecirilir
Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti təşkilatları parlament seçkilərinə 6 gün qalmış“Gürcüstan Avropa İttifaqını seçir” adlı mitinq keçirir.
“Qafqazinfo” bu barədə “Sputnik Gürcüstan”a istinadən xəbər verir. 
Onlar yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları Gürcüstanın və Aİ-nin himnini səsləndiriblər.
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətin mitinqində iştirak edir.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.