QURU SƏRHƏDLƏRİN BAĞLI QALMASI VƏTƏNDAŞLARIN HÜQUQLARININ POZULMASIDIR
06-iyl, 16:30 145 GündəmAzərbaycanda xüsusi karantin rejiminin müddəti Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 2-si 2023-cü ilə kimi uzadılıb. Bu isə quru sərhədlərin bağlı qalmasından xəbər verir. Bu hal xaricdə təhsil alan Azərbaycan vətəndaşlarını və müalicəsi üçün xaricə üz tutan soydaşlarımızı daha çox narahat edir. Çünki, əksər vətəndaşlarımız yaxın və qonşu xarici ölkələrə quru sərhəd ilə getməyə üstünlük verir. Ona görə ki, təyyarə biletlərinin qiyməti fantastik qiymətə satılır. Bunu vətəndaşlarımıza qarşı bir soyğunçuluq kimi qiymətləndirmək olar.
Artıq Azərbaycan höküməti 3 ildir ki, quru sərhədi qapalı saxlayır.
Pandemiyanın bitməsinə baxmayaraq, hər dəfə karantin rejimi uzadılır.
BMT-nin Ümumdünya səhiyyə təşkilatı pandemiyanın bütün dünyada bitməsini bildirsə də Azərbaycanda nədənsə karantin müddəti Nazirlər Kabinetinin qərarı ilə uzadılır. Uzadılmanın səbəbi isə sual altındadır.
Quru sərhədlərin açılmamasının səbəbini isə dövlət xalqa açıqlama vermir.
Bu cür halı Azərbaycan vətəndaşının hüquqlarının pozulması kimi qiymətləndirmək olar.
Azərbaycanda quru sərhədlərin bağlı qalması bəzən insan həyatının ölümünə səbəb olur. Buna misal olaraq, qardaş Türkiyə ölkəsində baş vermiş zəlzələ nəticəsində həyatını itirən tələbələr quru sərhədin bağlı qalması və təyyarə biletinin baha olması səbəbindən vətənə tətilə gələ bilmədilər.Və hadisə nəticəsində həyatlarını itirdilər.
Quru sərhədlərin bağlı qalması, uçuş biletlərinin daha yüksək qiymətə qalxmasına gətirib çıxardır. Bu isə Azərbaycan vətəndaşlarının haqlı narazılığına səbəb olur.
Bu cür hərəkətlər Beynəlxalq Konvensiyaya ziddir. Bu qanunsuz hərəkətlərin qarşısı alınmalıdır. Vətəndaşların hüquqları tam bərpa olunmalıdır. Kimlər tərəfindən uçuş təyyarə biletlərinin baha qiymətə qoyulması araşdırılmalıdır. Və həmin şəxslər cəzalandırılmalıdır.
Onu da qeyd edim ki, savadı olmayan bir neçə jurnalist karantin rejiminin 2 oktyabr 2023-cü il tarixinə qədər uzadılmasını və sərhədlərin açılmamasını ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi kimi qiymətləndirir. Bu fikir isə onların ya savadsız olduğunu göstərir, ya da vətəndaşları yalan fikirlər ilə manipulyasiya edirlər.
Onda ortaya bir sual çıxır.
HAVA MƏKANININ AÇIQ OLMASI İNFORMASİYA TƏHLÜKƏSİ YARATMIR?
Tam şəffaf olaraq məqsəd aydındır.
Mövzuya bir daha qayıdacağıq.
Quru sərhədin açılmasını istəyənlər bu mövzunu öz səhifəsində paylaşa bilər.
Ramazan Bağırov
Politoloq və Hüquq müdafiəçisi