Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
23-apr, 10:34 179 Cəmiyyət
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, metronun “Qara Qarayev” stansiyasının yanında avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Denis Aleksandr oğlu Çernişeni vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.





