Daha bir erkən nikahın qarşısı alındı
22-okt, 09:19 14 CəmiyyətNaxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda daha bir erkən nikaha cəhd edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Babək rayon Kərimbəyli kənd sakini 23 avqust 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Z.L-nin (ad və soyad şərtidir) 10 oktyabr 1996-cı il təvəllüdlü Babək rayon Qahab kənd sakini T.M. (ad və soyad şərtidir) ilə 18 oktyabr tarixində toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib.
Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Babək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Tərəflərin valideynlərinin və yaxın qohumlarının aqressiya nümayiş etdirmələrinə baxmayaraq aid təşkilatların nümayəndələrinin səyi nəticəsində yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyinin qarşısı alınıb.
Xatırladaq ki, bir neçə gün əvvəl də Naxçıvanda erkən nikahın qarşısı alınmışdı.