Anar İsrafilov baş həkimi direktor əvəzi təyin etdi
10-apr, 10:51 6 Gündəm / Səhiyyə
Sabirabad Rayon Mərkəzi Xəstəxanasi Publik Hüquqi Şəxsinə yeni direktor əvəzi təyin olunub. Qaynarinfo-nun məlumatına görə, 2024-cü ilin sentyabr ayında xəstəxananın baş həkim təyin Əzizov Elnur Mehdi oğlu sözügedən səhiyyə ocağının direktor səlahiyyətlərini də icra edəcək.
Bununla bağlı TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Həsən Hüseynov vəzifəsindən azad edilib. Onun Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Səfər Mehdiyevin bacanağı olduğu deyilirdi.





